Benzema PSJ-yə qarşı oynayacaq?
12 fevral 2022 14:34 (UTC +04:00)

Benzema PSJ-yə qarşı oynayacaq?

“Real”ın futbolçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib.

Lent.az-ın Apasport.az-a istinadən  məlumatına görə, fransalı hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda iştirak edə biləcək.

34 yaşlı fransalı zədə səbəbindən son üç matçlıq fasilədən sonra PSJ ilə qarşılaşmaya tam hazır olacaq. Benzema “Atletik” və “Qranada” ilə qarşılaşmaların ardından bugünkü “Vilyarreal”la matçda da kənarda qalacaq.

Qeyd edək ki, “Real” PSJ ilə fevralın 15-də qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Oxşar yazılar