"Çelsi"nin keçmiş baş məşqçisi Frenk Lempard bir neçə il əvvəl yarımmüdafiəçi Cud Bellinqemi kluba necə dəvət etmək istədiyindən danışsa da, londonluların rəhbərliyi bunu bəyənməyib.
“Çelsi”yə ilk dəfə rəhbərlik edəndə Bellinqemi dəvət etmək istəyirdim. Bununla belə, mən klub rəhbərliyini belə bir gənc oyunçuya 20 milyon xərcləməyə inandıra bilmədim", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Lempard deyib.
Hazırda 20 yaşlı Bellinqem "Real"da çıxış edir və La Liqada bombardirlər siyahısında birincidir. Lempard 2019-cu ildə "Çelsi"yə rəhbərlik edəndə Cude hələ də “Birminqem”də oynayırdı və 2020-ci ildə Dortmund "Borussiya"sının oyunçusu olub.