"İnter Mayami"nin sahibi Devid Bekhem Lionel Messi üçün ziyafət təşkil edəcəyinə söz verib.
Lent.az xəbər verir ki, oktyabrın 30-da Messi səkkizinci dəfə "Qızıl top"u qazanıb. Bekhem mükafatı argentinalıya təqdim edib.
“Messi ilə birgə burada olmaq mənim üçün xoşdur və şərəfdir. Onunla eyni şəhərdə yaşadığım üçün şanslıyam. Biz ona Mayamidə möhtəşəm bir ziyafət verəcəyik”, – Bekhem bildirib.