“İnter Mayami” futbol klubunun həmtəsisçisi Devid Bekhem “Netflix”in özü haqqında çəkdiyi sənədli filmdə 1998-ci ildə İngiltərə və Argentina arasında keçirilən Dünya Kuboku oyununda qırmızı vərəqə aldığına hələ də peşman olduğunu etiraf edib.
“Və indi də, 47 yaşım olsa da, baş verənlərə görə özümü günahlandırıram. İndiyə qədər”, - Lent.az xarici mediaya istinadla bildirir ki, o, Dieqo Simeone ilə epizoddan sonra qırmızı vərəqə almasını şərh edib. Həmin oyundan sonra İngiltərə dünya çempionatından kənarda qalıb.
Bekhem etiraf edib ki, bundan sonra bir neçə ay ərzində onun hərəkətinin ingilis pərəstişkarları tərəfindən geniş şəkildə qınanması fonunda depressiyaya düşüb.
Futbolçunun həyat yoldaşı Viktoriya, ərinə pis rəftar edənlərin hamısını hələ də "öldürmək" istədiyini söyləyib. Bekhemin özü isə həmin dövrdən necə sağ çıxdığını bilmədiyini bildirib.
Bekhem karyerası ərzində “Mançester Yunayted”, “Real”, PSJ, “Milan” və “Los-Anceles Qalaksi” klublarında çıxış edib. İngiltərə, İspaniya, Fransa çempionatlarının, Çempionlar Liqasının qalibi olub. Hazırda Devid Lionel Messinin oynadığı Amerikanın “İnter Mayami” klubunun ortaq sahibidir.