"Bavariya"nın prezidenti Herbert Hayner Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun oyunundan sonra "Barselona"nın polşalı futbolçusu Robert Levandovski ilə bağlı zarafat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərini jurnalist Tobi Altşeffl “Twitter”də yayıb.
"Bu gün Robertin “Bavariya”nı sevdiyini görə bilərsiniz", - Hayner deyib.
Görüş sentyabrın 13-də Münhendə baş tutub və 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 50-ci dəqiqədə müdafiəçi Luka Hernandes hesabı açıb. 4 dəqiqə sonra yarımmüdafiəçi Leroy Sane komandasının hesabdakı fərqini artırıb.
34 yaşlı Levandovski 2022-ci il iyulun 19-da "Barselona"ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir. Hücumçunun "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatmalı idi. Buna baxmayaraq, Levandovski klubdan ayrılaraq “Barselona”ya getmək istədiyini bildirib.