"Bavariya"nın futbolçusu "Real"a keçir
10 noyabr 2023 12:14 (UTC +04:00)

"Bavariya"nın futbolçusu "Real"a keçir

“Bavariya”nın və Kanada millisinin futbolçusu Alfonso Devis “Real Madrid”ə keçməyə meyllidir.

Lent.az-ın məlumatına görə, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Kerri Hou məlumat verib.

Məlumata görə, futbolçu ilə alman klubu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar 6 ay müddətinə dayandırılıb. “Real Madrid”in Devisə marağı spesifikdir. İspanlar sol cinah müdafiəçi mövqeyini Devis sayəsində həll edəcəklərini düşünürlər. Buna görə də futbolçunun müqaviləni yeniləməmək və vaxt itirməməyi üçün onun ətrafı ilə ilkin mərhələdə əlaqə yaradıblar.

23 yaşlı Alfonso Devisin “Bayern Münhen” ilə 2025-ci ilin iyun ayına qədər cari iş müqaviləsi var. Transfermarkt internet portalı Kanada millisinin müdafiəçisinin bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19818
avatar

Oxşar yazılar