"Bavariya"nın direktoru Müllerdən DANIŞDI: “67 yaşına qədər  oynamaq istəyəcəyini   bilmirəm”
08 oktyabr 2023 18:00 (UTC +04:00)

"Bavariya"nın direktoru Müllerdən DANIŞDI: “67 yaşına qədər oynamaq istəyəcəyini bilmirəm”

"Bavariya"nın icraçı direktoru Yan-Kristian Drezen yarımmüdafiəçi Tomas Müllerin Münhen klubu ilə müqaviləsini uzadıb-uzatmayacağı ilə bağlı sualı cavablandırıb.

“Onun 67 yaşına qədər oynamaq istəyib-istəməyəcəyini bilmirəm. Biz heç bir təzyiq hiss etmirik. Tomasın komanda üçün nə qədər vacib olduğunu görə bilirik. Gəlin görək nə baş verəcək. Onun uzun müddət bizimlə olacağına ümid etmək üçün hər cür əsasımız var”, - Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Drezen vurğulayıb.

Xatırladaq ki, Müller 2009-cu ildən "Bavariya"nın əsas komandasında çıxış edir. Bu müddət ərzində o, klubun heyətində 673 oyunda iştirak edib, 235 qol vurub və 258 məhsuldar ötürmə edib. Bu mövsüm 34 yaşlı futbolçu "Bavariya"nın heyətində bütün yarışlarda 7 oyunda forma geyinib və 2 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2709
avatar

Oxşar yazılar