Oktyabrın 3-də Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun oyununda “Bavariya” səfərdə “Kopenhagen”ə 1:2 hesabı ilə qalib gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Münhen təmsilçisi əvvəlcə qol buraxıb, lakin sonra Camal Musiala və Matis Tel hərəyə bir qol vurub.
"Bavariya" Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 18-ci səfər qələbəsini qazanıb və turnir rekordu müəyyənləşdirib. Bundan əvvəl alman klubu birinci yeri “Barselona” ilə bölüşüb (17).
A qrupunda turnir cədvəlinə 6 xalla “Bavariya” başçılıq edir.“Qalatasaray” (4) ikinci, “Kopenhagen” (1) üçüncü, “Mançester Yunayted” (0) sonuncudur.
Çempionlar Liqasının ötən mövsümündə “Bavariya” 1/4 final mərhələsinə yüksəlib və burada “Mançester Siti”yə uduzub.