"Bavariya" almaniyalı yarımmüdafiəçi Tomas Müller ilə müqaviləni uzatmaq üçün razılığa gəlib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 32 yaşlı Almaniya millisinin futbolçusunun yeni müqaviləsi 2025-ci ilin iyun ayına kimi nəzərdə tutulacaq. Hazırkı müqavilə 2023-cü ilin iyun ayına qədərdir.
Müller “Bavariya”nın yetirməsidir. Onun transfer qiyməti 25 milyon avro qiymətləndirilir.
Bu mövsüm Almaniya çempionatında almaniyalı futbolçu 29 oyunda iştirak edib, 7 qol vurub, 19 məhsuldar ötürmə verib.