“Bavariya” rekordunu yenilədi
17 fevral 2022 09:49 (UTC +04:00)

“Bavariya” rekordunu yenilədi

“Bavariya” Çempionlar Liqasındakı səfər oyunlarındakı məğlubiyyətsizlik seriyasını 22-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, Almaniya nəhəngi 1/8 finalın ilk oyununda Avstriyadan sülhlə dönüb.

Münhenlilər “Zalsburq”la heç-heçə edib – 1:1. 2017-ci ildə Fransada PSJ-yə məğlub olan “Bavariya” həmin vaxtdan rəqib meydanlarda uduzmur.

Bu, turnirin yenilənmiş mütləq rekordudur. Səfərdəki məğlubiyyətsizlik seriyası “Mançester Yunayted” (16 oyun) ikinci, “Ayaks” (14 oyun) üçüncüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar