Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşlərinin ilk oyun günü başa çatıb.
Lent.az-ın xəbərinə görə, “Feyenoord”, “Bavariya”, “Brügge” və “Benfika” müvafiq olaraq “Milan”, “Seltik”, “Atalanta” və “Monako”nu məğlub edərək 1/8 finala yüksəlib.
Komandaların növbəti rəqibləri fevralın 21-də keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.
“Bavariya” “Atletiko” və ya “Bayer”lə, “Benfika” “Barselona” və ya “Liverpul”la, “Feyenoord” “İnter” və ya “Arsenal”la, “Brügge” “Lill” və ya “Aston Villa” ilə qarşılaşacaq.
Fevralın 19-da Çempionlar Liqasının pley-off mərhələsinin qalan oyunları keçiriləcək və 1/8 finalın son dörd iştirakçısı müəyyənləşəcək:
• “Borussiya” (Dortmund” – “Sportinq” (ilk oyun – 3:0);
• PSJ – “Brest” (ilk oyun – 3:0);
• PSV – “Yuventus” (ilk oyun – 1:2);
• “Real” – “Mançester Siti” (ilk oyun - 3:2).