“Atletiko”nun baş məşqçisi Dieqo Simeone
21 iyul 2021 17:56 (UTC +04:00)

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone

Baş məşqçi: “Ronaldonu itirmişik, Messini itirməyək”

 

Argentina millisinin kapitanı Lionel Messinin taleyinə futbol ictimaiyyətinin nümayəndələri də biganə qala bilmir.

Apasport.az saytının məlumatına görə, İspaniya çempionu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone də Messinin “Barselona”dan qalıb-qalmamasına münasibət bildirib.

Argentinalı mütəxəssis həmyerlisinin rəqib komandada çıxışını davam etdirməsinin tərəfdarı olduğunu gizlətməyib: “Liqamız üçün yaxşı olardı ki, ən yaxşıları itirməyək. Artıq Kriştiano Ronaldonu itirmişik. Ümid edirəm ki, bütün İspaniya, xüsusilə də futbol ictimaiyyəti Messinin bu ölkədəki oyunundan həzz ala biləcək. Bunun üçün “Barselona” bütün səylərini səfərbər etməlidir ki, Messi komandada oynasın”.

Qeyd edək ki, Messinin karyerası boyu oynadığı “Barselona” ilə müqaviləsi başa çatdığından azad agent statusu alıb. La Liqa təmsilçisi onunla yeni anlaşma imzalamaqda çətinlikıərlə üzləşib.

# 1815
avatar

Oxşar yazılar