Joan Laporta
15 aprel 2022 19:57 (UTC +04:00)

Joan Laporta

“Barselona”nın prezidenti xəcalət çəkir – “Rüsvayçılıq”

“Tribunada baş verənlər rüsvayçılıqdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın prezidenti Joan Laporta deyib.

Klub rəhbəri Avropa Liqasının 1/4 final mərhələsinin “Ayntraxt”la ev oyununda baş verənlərə münasibət bildirib. “Nou Kamp”da 20-30 min almaniyalı azarkeşin peyda olması və yerli fanatların buna etiraz edərək arenanı tərk etməsi Laportanı qayğılandırıb:

“Bu, bir daha təkrarlanmamalıdır. Lazımi tədbirlər görmək üçün baş verənləri düzgün qiymətləndirməliyik. Daha sərt olmalı və bəzi şeylərə icazə verməmişik. “Barselona” azarkeşi kimi mən də xəcalət çəkirəm. Buna görə üzr istəyirəm. Çox ciddi məsələdir və baş verməməli idi”.

Qeyd edək ki, “Barselona” 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337
avatar

Oxşar yazılar