“Barselona”nın keçmiş futbolçusuna  10 ay həbs cəzası
20 yanvar 2023 18:49 (UTC +04:00)

“Barselona”nın keçmiş futbolçusuna 10 ay həbs cəzası

“Barselona”nın keçmiş futbolçusu Xavi Torres 2013/14 mövsümündə danışılmış oyunlara görə 10 ay həbs cəzasına məhkum edilib.

Lent.az bildirir ki, bu barədə İspaniya mətbuatı xəbər verir.

İdmançı həmçinin 22 ay müddətinə diskvalifikasiya olunacaq və 400 min avro cərimə ödəyəcək.

İttiham tərəfi sübut edə bilib ki, Torres və onun komanda yoldaşı Antonio Amaya 2014-cü ildə “Betis”də çıxış edərkən “Osasuna” rəhbərliyindən 650 min avro pul mükafatı alıb və “Betis” 1:2 hesabı ilə uduzub. Lakin həmin mövsüm “Osasuna” İspaniya çempionatının yüksək divizionunu tərk edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1806
avatar

Oxşar yazılar