İspaniyanın “Barselona” klubunun cari mövsümdəki hədəfi bəlli olub.
Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, bunu baş məşqçi Xavi açıqlayıb.
O bildirib ki, əsas hədəf La Liqada ilk pillədən birini tutmaqdır. İspaniyalı mütəxəssis Çempionlar Liqasına vəsiqə ilə kifayətlənməyəcəklərini də gizlətməyib:
“Hədəf “Top-4”də yer almaqdır. Lakin heç nəyi istisna etmirik. Təəssüratlar getdikcə daha yaxşı olur. Nəticələr də gələcək”.
Qeyd edək ki, La Liqada 22 oyuna 38 xal toplayan “Barselona” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.