"Barselona"nı aldadıb 1 milyon  avro aldı
18 oktyabr 2024 21:01 (UTC +04:00)

"Barselona"nı aldadıb 1 milyon avro aldı

Kataloniyanın "Barselona" klubu özünü Robert Levandovskinin agenti kimi təqdim edən fırıldaqçıya 1 milyon avro verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 2022-ci ildə baş verib. Fırıldaqçı klubla oyunçunun agenti Pini Zahavi adı ilə əlaqə saxlayıb. O, komissiya olaraq Kipr hesabına pul köçürməyi xahiş edib.

Kataloniya klubu pulu köçürüb, lakin bank köçürməni şübhəli hesab edərək əməliyyatı bloklayıb. "Barselona" Zahavi ilə əlaqə saxlayıb və o, kataloniyalılardan ona pul göndərmələrini istəmədiyini bildirib. "Barselona" bankla əlaqə saxlayaraq transfer məbləğini qaytarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar