“Barselona”nın müdafiəçisi Oskar Mingeza daha iki il komandada qalacaq.
Apasport.az saytının məlumatına görə, gənc futbolçu kataloniyalılarla yeni sazişə qol çəkib.
22 yaşlı oyunçu klub prezidenti Joan Laportanın da iştirak etdiyi imzalanma mərasimində mövsümün sonuna qədər olan anlaşmasının müddətini 2023-cü ilin yayına qədər uzadıb. Müqaviləyə ispaniyalı mərkəz müdafiəçisinin sərbəst qalma məbləğini 100 milyon avro dəyərində göstərən bənd salınıb.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Oskar Mingeza ötən ildən əsas komandada çıxış edir.