“Barselona” “Real”ı məğlub edib ÇEMPİON OLDU
21 iyun 2023 03:48 (UTC +04:00)

“Barselona” “Real”ı məğlub edib ÇEMPİON OLDU

Basketbol üzrə İspaniya çempionatının qalibi bəlli olub.

Apasport.az saytı xəbər verir ki, “Barselona” final seriyasında 3:0 hesabı ilə qələbə qazanıb.

Öz meydanında hər iki oyunda qalib gələn Kataloniya təmsilçisi Madriddəki ilk matçda da rəqibini məğlub edib. Tarixində 17-ci dəfə İspaniya çempionu olan “Barselona” özünəməxsus rekordu yeniləyib. “Real” 14 dəfə ölkənin ən güclüsü olub.

Qeyd edək ki, ötənilkli finalda “Real” 3:1 hesabı ilə uğur qazanmışdı.

Final
“Real – “Barselona” – 82:93 (seriyada hesab - 0:3)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184
avatar

Oxşar yazılar