“Barselona” rəhbərliyi maliyyə problemləri ilə əlaqədar ehtiyat oyunçular üçün səhər yeməyi və nahar yeməyini ləğv etmək qərarına gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, klub “Barselona Atletik” komandasının futbolçularının La Masia bazasında yemək xərcini lazımsız bilib.
Hələ səhər yeməyi və nahar ləğv olunmamışdan əvvəl “Barselona Atletik”in baş məşqçisi Rafael Markes ilk məşqdən sonra futbolçularını yemək üçün evə göndərməyə üstünlük verib ki, onlar adi şəraitdə nahar edib dincəlsinlər. Nəticədə nahar vaxtı bazada çox az futbolçu qalıb.
Avqustun 19-da məlum olub ki, “Barselona” akademiya tələbələrini avtobusla təlim bazasına aparıb və taksini ləğv edib.