Ronald Kuman
16 sentyabr 2021 15:22 (UTC +04:00)

Ronald Kuman

"Barselona" baş məşqçi axtarışına başladı

“Barselona” tezliklə baş məşqçi dəyişikliyinə əl ata bilər.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının I turunda “Bavariya”ya 0:3 hesablı məğlubiyyət hazırkı çalışdırıcı Ronald Kumanın taxtını laxladıb.

Rəhbərlik artıq yeni baş məşqçi axtarışı ilə bağlı məsələnin müzakirəsinə başlayıb. Ancaq Kumana son şans da verilib. Niderlandlı çalışdırıcıya konkret olaraq 4 oyunluq möhlət verilib.

La Liqada “Qranada”, “Kadiz”, “Levante”, Çempionlar Liqasında isə “Benfika” ilə görüşdə komanda istənilən səviyyədə oyun ortaya qoya bilməsə, Kuman oktyabrın əvvəlində istefaya göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2149

Oxşar yazılar