Braziliyanın "Santa Kruz" klubunda çıxış edən Rafael Furtado karyerasını Azərbaycanda davam etdirə bilər.
Lent.az "Folhape" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Premyer Liqa təmsilçilərinin birindən təklif alıb.
Lakin hansı klubun braziliyalı hücumçu ilə maraqlandığı açıqlanmayıb.
Məlumat üçün bildirək ki, 23 yaşlı forvardın "Santa Kruz"la müqaviləsi noyabrda başa çatacaq. O, həmin klubun sözləşməni yeniləmək barədə təklifini rədd edib.
Qeyd edək ki, Rafael Furtado “Atletiko Mineyro”nun yetirməsidir. O, Portuqaliyanın “Koimbra” və ABŞ-ın “Boston Siti” klublarında legioner həyatı yaşayıb.