Zaqreb “Dinamo”suna keçən Mahir Emreli Xorvatiyada legioner həyatı yaşayan ilk azərbaycanlı futbolçu olub.
Lent.az-ın Apasport.az saytına istinada məlumatına görə, 25 yaşlı hücumçuya qədər heç bir həmyerlimiz sabiq Yuqoslaviyanın bu ölkəsində çıxış etməyib.
Lakin Emreli yalnız Azərbaycan futbolunun yetirmələri arasında birincidir. AFFA-nın milliləşdirdiklərini nəzərə alsaq, forvard Xorvatiya liqasındakı 3-cü təmsilçimiz olacaq.
Onlardan biri elə xorvatiyalıdır. AFFA-nın azərbaycanlılaşdırdığı Filip Ozobiç əsl vətənində “Hayduk” (2011-13) və “Slaven”in (2013-16) formasını geyinib.
Xorvatiyada çıxış edən digər azərbaycanlı da legionerdir. Bu, rusiyalı Ruslan Qurbanovdur. O, 2014-15-ci illərdə “Hayduk”un şərəfini qoruyub.
Qeyd edək ki, Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.