Azərbaycan Premyer Liqasında XXII tura start verilir
11 fevral 2024 09:00 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında XXII tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.

Lent.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Açılış matçı son çempion “Qarabağ”la “Sabah” arasında olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Bu, komandaların ölkə çempionatları tarixində 22-ci dueli olacaq. Əvvəlki 21 oyunun 14-ü Ağdam təmsilçisinin, biri Bakı klubunun xeyrinə başa çatıb. Altı qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də “Qarabağ”ın aşkar üstünlüyü var – 39:13.

“Sabah” ardıcıl iki dəfə rəqibinə uduzub. “Qarabağ” son 4 görüşdə qol vurub.

Qeyd edək ki, turun digər görüşləri fevralın 12-13-də keçiriləcək.

# 1758
avatar

Oxşar yazılar