Azərbaycan Premyer Liqasında üç cəzalı
21 aprel 2022 07:24 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında üç cəzalı

Azərbaycan Premyer Liqasının həftəsonu keçiriləcək XXIV turunda üç cəzalı olacaq.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, buna XXIII turun matçları səbəb olub.

Ən böyük itkilər “Qəbələ”dədir. “Qırmızı-qaralar” baş məşqçisi Elmar Baxşıyev və braziliyalı legioner Rafael Utziqi itirib.

Baxşıyev “Sumqayıt”la qarşılaşmada (1:1) qırmızı vərəqə alıb. Həmin görüşdə sarı vərəqə ilə cəzalanan cənubi amerikalı mövsümdə 4-cü xəbərdarlıq aldığı üçün diskvalifikasiya edilib. Onlar “Qarabağ”la oyundan kənar qalacaq.

Qəbələdəki matçda sarı vərəqə alan Dmitri Nağıyev də “Sumqayıt”a kömək etməyəcək. 4-cü xəbərdarlıq alan milliləşən legioner “Zirə” ilə oyunda meydana çıxmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1371
avatar

Oxşar yazılar