Cüdo üzrə Azərbaycan yığmasının Portuqaliyanın Almada şəhərindəki iştirakı sual altına düşüb.
Apasport.az saytının məlumatına görə, millimizin 5 üzvü koronavirusa yoluxub.
Onların testləri müsbət nəticə verdiyindən yarışa qatılmayacaq. Digər 9 idmançının turnirdəki iştirakı da sual altındadır. Həmin cüdoçular vaksinasiya olunmadığı iddia edilir.
Qeyd edək ki, yanvarın 28-30-da təşkil olunacaq Qran-Prinin püşkatması bu gün keçiriləcək.