Azərbaycan kubokunda 1/4 final mərhələsinin cədvəli məlum oldu
23 yanvar 2022 04:06 (UTC +04:00)

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cədvəli məlum oldu

Azərbaycan kubokunda 1/4 final mərhələsində keçiriləcək ilk oyunların cədvəli müəyyənləşib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Peşəkar Futbol Liqası 2022-ci ildə baş tutacaq ilk rəsmi matçların başlama saatını açıqlayıb.

İlk olaraq fevralın 1-də “Qarabağ”la “Neftçi” ev oyununa çıxacaq. Ağdamlılar kubokun son sahibi “Keşlə”ni, ölkə çempionu isə “Sabah”ı qəbul edəcək.

Ertəsi gün “Səbail” “Zirə”nin, “Qəbələ” də “Sumqayıt”ın qonağı olacaq.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
1 fevral (çərşənbə axşamı)
17:30. “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu
19:45. “Neftçi” – “Sabah”
“Bakcell Arena”

2 fevral (çərşənbə)
17:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu
19:15. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”

# 1242
avatar

Oxşar yazılar