Azərbaycan kubokunda 1/4 final mərhələsi başlayır
08 dekabr 2022 06:47 (UTC +04:00)

Azərbaycan kubokunda 1/4 final mərhələsi başlayır

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürəcək.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, ilk oyunlar çərçivəsində iki matç baş tutacaq.

İlk gündə ötən mövsümün finalçıları evdə meydana çıxacaq. “Zirə” paytaxt derbisində “Neftçi”ni qəbul edəcək.

Kubokun son qalibi “Qarabağ” isə “Qəbələ” ilə üz-üzə gələcək. Bu, 12 gün ərzində bir çempionat və iki kubok duelinə çıxacaq rəqiblərin ardıcıl duellər seriyasında ilk matç olacaq.

Qeyd edək ki, ilk oyunlara sabah baş tutacaq iki matçla yekun vurulacaq.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
8 dekabr
18:00 “Zirə” – “Neftçi”
Baş hakim: 
Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

20:30 “Qarabağ” – “Qəbələ”
Baş hakim: 
Əliyar Ağayev
“Azersun Arena”

# 1488
avatar

Oxşar yazılar