Azərbaycan futbolunda növbəti  BİABIRÇILIQ:  Hakim oyunçunu söydü
04 aprel 2022 13:35 (UTC +04:00)

Azərbaycan futbolunda növbəti BİABIRÇILIQ: Hakim oyunçunu söydü

AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasında növbəti dəfə biabırçılıq yaşanıb.

Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin “Karvan” – “Ağsu Siti” görüşündə hakim qalmaqalı baş verib.

Yevlaxdakı qarşılaşmanın əvvəllərində meydan sahiblərinin qapıçısı Amil Orucov hakimə sərt etiraza görə sarı vərəqə alıb. Bir neçə dəqiqə sonra referi su fasiləsi elan etdikdə qolkiper birbaşa tribunaya qalxaraq, matçın AFFA nümayəndəsi olan Rövşən Əhmədova yaxınlaşıb.

Futbolçu iddia edir ki, hakim meydanda onu söyüb. Bunu AFFA nümayəndəsinə çatdıran Orucov “Kişidirsə, gəlsin çöldə söysün”, deyib və referinin ünvanına ağır təhqiramiz ifadələr işlədib. Oyunun videoyazısında da yaşananlar açıq-aydın görünür.

Maraqlıdır ki, passivində sarı vərəqəsi olan qolkiperi baş hakim meydandan qovmayıb.

Qeyd edək ki, I pley-off mərhələsinin ilk oyununda “Ağsu Siti” 2:0, cavab görüşündə isə “Karvan” 1:0 hesabı ilə qalib gəlib. Nəticədə “Ağsu Siti” 1/4 finala yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Oxşar yazılar