Azərbaycan çempionatının finalçıları  müəyyənləşdi
15 yanvar 2022 09:11 (UTC +04:00)

Azərbaycan çempionatının finalçıları müəyyənləşdi

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 29 komandanın 100 boksçusunun iştirakı ilə təşkil edilən yarışın IV günündə yarımfinal görüşləri baş tutub.

Lent.az-ın APAsport-a istinadla məlumatına görə, 13 çəki dərəcəsində 23 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Çempionat bu gün başa çatacaq. 13 çəki dərəcəsi üzrə baş tutacaq final döyüşlərinə saat 14:00-da start veriləcək.

# 1764
avatar

Oxşar yazılar