Avropanın  futbol nəhəngləri   çökməkdədir
31 oktyabr 2023 14:25 (UTC +04:00)

Avropanın futbol nəhəngləri çökməkdədir

Avropanın aparıcı nəhəng klubları bu mövsümə kabus kimi başlayıblar. Daimi öz liqalarında və Çempionlar Liqasının iştirak edən komandaların hazırkı vəziyyəti çox diqqət çəkir.

Lent.az xarici mətbuata istinadla bildirir ki,  Avropanın nəhəng klubları “Ayaks”, “Lion”, “Bazel” və “Şalke” keçmişdə öz liqalarında çempionluq qazanıb, çempionluq yarışında olsalar da, hazırda aşağı liqaya düşmək zonasındadırlar. Bu nəhəng komandaların son vəziyyəti belədir...

“Lion”

Ötən mövsüm Fransa Liqa 1-də 62 xal toplayaraq və Bradley Barcola, Kastella Lukeba, Moussa Dembele kimi ulduzları itirərək liqanı 7-ci sırada tamamlayan “Lion” mövsümə çox pis başlayıb və liqanın sonuncu pilləsində qərarlaşıb - 9 oyunda 3 heç-heçə və 6 məğlubiyyət.

“Şalke 04”
 
Ötən mövsüm Bundesliqada iştirak edən, lakin mövsümü 17-ci yerdə başa vuran və Bundesliqa 2-yə düşmüş "Şalke 04"də bu mövsüm işlər yaxşı getmir. Bu mövsüm heyətində xeyli güclənən və Ron Şallenberqi 20 milyon avroya heyətinə qatan “Şalke 04”, Bundesliqa 2-də keçirdiyi 11 oyunda 3 qələbə, 1 heç-heçə və 7 məğlubiyyətlə 10 xal toplayıb və 16-cı yerdədir.

“Bazel”

Ötən mövsüm 47 xalla liqanı 5-ci pillədə başa vuran "Bazel" mövsümü aşağı liqaya düşmək xəttində davam etdirən nəhəng klublardan biridir. "Qalatasaray"dan Yusuf Dəmiri icarəyə götürərək heyətinə qatan "Bazel" liqada 10 oyunda 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə 5 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.

“Ayaks”

Ötən mövsüm Erediviziyada 69 xal toplayaraq liqanı 3-cü pillədə başa vuran "Ayaks" mövsümə istədiyi kimi başlaya bilməyib. “Ayaks” Dusan Tadiç, Jurrien Timber, Davy Klassen, Muhammed Kudus və Edson Alvares kimi ulduz futbolçularını itirib və bunları əvəz edən futbolçuların performansı yetərli olmayıb. Bu mövsüm Erediviziyada 8 oyun keçirən "Ayaks" cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib və 5 məğlubiyyətlə üzləşib. 5 xalla 18-ci pillədə qərarlaşıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3891
avatar

Oxşar yazılar