Alman gimnast Daria Varfolomeyeva Avropanın ən yaxşı gənc idmançısı kimi tanınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələrinin (AOK) mətbuat xidməti məlumat yayıb.
16 yaşlı Varfolomeyeva "Pyotr Nurovski" mükafatının laureatı olub. Türkiyəli üzgüçü Kuzey Tuncelli onunla birinci yeri bölüşüb. Alman və türk eyni sayda səs toplayıb.
Varfolomeyeva Rusiyanın Barnaul şəhərində anadan olub və 2018-ci ilə qədər bu bölgəni daxili yarışlarda təmsil edib. Ancaq beş il əvvəl, 11 yaşında ailəsi ilə birlikdə Almaniyaya köçüb.
2023-cü ildə Valensiyada bədii gimnastika üzrə dünya çempionatında o, beş qızıl medal qazanıb. İndi onun dünya çempionatlarında artıq altı qələbəsi var.