Bu gün Avropa Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbirdə 1/4, 1/2 və finalın püşkü atılıb.
1/8 finalı adlayan iştirakçılar 4 cütlük təşkil edib. Həmçinin də yarımfinal mərhələsinin püşkü atılıb və finalın nominal meydan sahibi bilinib.
Avropa Liqası
1/4 final (8 – 15 aprel)
1. “Qranada” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
2. “Arsenal” (İngiltərə) - “Slaviya” (Çexiya)
3. “Ayaks” (Niderland) - “Roma” (İtaliya)
4. “Dinamo” (Xorvatiya) - “Vilyarreal” (İspaniya)
1/2 final (29 aprel – 6 may)
5. 1-ci cütün qalibi – 3-cü cütün qalibi
6. 4-cü cütün qalibi – 2-ci cütün qalibi
Final (26 may)
6-cı cütün qalibi – 5-ci cütün qalibi
Qeyd edək ki, final oyunu Qdanskda (Polşa) keçiriləcək.