"Avropa Liqası “Barselona”nın yeri deyil" -  Xavi
09 dekabr 2021 12:11 (UTC +04:00)

"Avropa Liqası “Barselona”nın yeri deyil" - Xavi

“Barselona”nın baş məşqçisi Xavi komandasının Çempionlar Liqası ilə vidalaşmasından narazı qalıb.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis qrup üçüncüsü kimi Avropa Liqasına yuvarlanmalarına münasibət bildirib.

O, son turun “Bavariya” ilə görüşündəki 0:3 hesablı məğlubiyyətə şərh verərkən qitənin ikinci dərəcəli turnirini “Barselona”ya layiq görməyib: “Bavariya” bizdən güclü idi. Reallıq belədir. İndi Avropa Liqasında oynamalıyıq. Yeni era başlayır. Avropa Liqası “Barselona”nın yeri deyil. Biz Çempionlar Liqasında olmalıyıq. İndi hər şeyi sıfırdan başlamalıyıq”.

Qeyd edək ki, “Barselona” son 17 ildə ilk dəfə Avropa Liqasında oynamalı olacaq.

# 1335
avatar

Oxşar yazılar