Bu yay Avropanın ən güclü 24 milli komandası çempion titulu uğrunda mübarizə aparacaq.
Apasport.az saytının məlumatına görə, sayca 16-cı qitə çempionatı 12 ölkənin 12 stadionunda təşkil olunacaq.
1960-cı ildən keçirilən yarışda indiyədək 10 ölkənin yığması çempionluq sevinci yaşayıb. Almaniya və İspaniya bu göstəricidə rekordçudur. Hər iki ölkə 3 dəfə qızıl medallara sahib çıxıb. Almaniya ilk iki uğurunu AFR kimi qazanıb.
Fransanın aktivində iki zəfər var. 7 milli isə yalnız bir uğura sevinib. Onlar arasında ilk çempion SSRİ və son çempionatın qalibi Portuqaliya da var. İtaliya, Çexoslovakiya, Danimarka, Niderland, Yunanıstan da bir uğura sevinib.
Bütün Avropa çempionları
1960. SSRİ
1964. İspaniya
1968. İtaliya
1972. AFR
1976. Çexoslovakiya
1980. AFR
1984. Fransa
1988. Niderland
1992. Danimarka
1996. Almaniya
2000. Fransa
2004. Yunanıstan
2008. İspaniya
2012. İspaniya
2016. Portuqaliya