Avropa birinciliyində daha 2 qələbə
14 avqust 2022 12:21 (UTC +04:00)

Avropa birinciliyində daha 2 qələbə

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı çıxışını qələbə ilə başa vurub.

Raul Əsədullayev ilkin mərhələdə Miklas Maksimilianla (Slovakiya) qarşılaşıb. 50 kq çəki dərəcəsində mübarizə aparan boksçu rəqibini 5:0 (30:27, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib.

Səma Hüseynova (54 kq) isə ilk görüşündə gürcüstanlı Məryəm Tçapodzedən güclü olub. O, 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Əli Baxışov (42 kq), Rza Rzayev (57 kq) və Mədinə Məmmədova (60 kq) isə məğlub olaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, 28 ölkədən 378 idmançının qatıldığı yarışın ilk günündə yığmanın 4 üzvü ilkin mərhələ döyüşünü qələbə ilə bitirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar