Avrokubokların 1/4 final mərhələsindən sonra favoritlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının yarımfinalçılarının kubok qazanmaq əmsallarını müəyyənləşdirib.
Avropanın daha nüfuzlu iki turnirində müvafiq olaraq “Liverpul” və “Leypsiq” favorit sayılır. Konfrans Liqasında isə “Lester”lə “Roma” şanslı sayılır. Maraqlıdır ki, Çempionlar Liqasını ən çox qazanan “Real”ın zəfər çalmaq əmsalı kifayət qədər yüksəkdir.
Çempionlar Liqası
“Liverpul” – 2,20
“Mançester Siti” – 2,30
“Real” – 7,50
“Vilyarreal” – 18,00
Avropa Liqası
“Leypsiq” – 2,05
“Vest Hem” – 2,80
“Ayntraxt” – 6,50
“Reyncers” – 9,00
Konfrans Liqası
“Lester” – 3,20
“Roma” – 3,20
“Marsel” – 3,50
“Feyenoord” – 5,00