Avro-2024-ün ən yaxşı qolu açıqlanıb.
Lent.az UEFA-nın saytına istinadən xəbər verir ki, yarımfinalda İspaniya millisinin hücumçusu Lamin Yamalın Fransanın qapısına vurduğu qol turnirin ən yaxşısı seçilib.
16 yaşlı futbolçu qarşılaşmanın 21-ci dəqiqəsində cərimə meydançasının kənarından rəqib qapısına yol tapıb.
Qeyd edək ki, İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub.