Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, turun ilk günündə iki oyun keçiriləcək.
Günün ilk görüşü Qəbələdə baş tutacaq. Avrokuboklara vəsiqə üçün mübarizə aparan “Qəbələ” qələbə həsrətinə autsayderlərdən biri olan “Sumqayıt”la qarşılaşmada son qoymağa çalışacaq.
Çempionatın lideri “Qarabağ” isə “Şamaxı”nı qəbul edəcək. Qurban Qurbanovun yetirmələri qələbə qazansa, ilk iki yerdən biri təmin olunacaq. Şamaxı təmsilçisi yeni adla ilk səfərində ilk xalını qazanmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” görüşləri ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXIII tur
15 aprel (cümə)
17:00. “Qəbələ” - "Sumqayıt"
Baş hakim: Rauf Cabarov
Qəbələ şəhər stadionu
19:30. “Qarabağ” – “Şamaxı"
Baş hakim: Rauf Allahverdiyev
“Azersun Arena”