Dekabrın 2-də Dieqo Simeonenin rəhbərlik etdiyi "Atletiko" "Kamp Nou"da "Barselona"ya (3:1) məğlub olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu məğlubiyyət argentinalı məşqçinin bu stadionda 17 oyunluq qələbəsiz seriyasını davam etdirib.
Simeone karyerası ərzində "Kamp Nou"da 10 məğlubiyyət və 7 heç-heçə ilə yadda qalıb ki, bu da Xavyer Aqirrenin "Barselona"ya qarşı 16 qələbəsiz seriyasını geridə qoyur.
Xatırladaq ki, ötən mövsüm "Atletiko" səfərdə "Barselona"nı məğlub edib, lakin həmin oyun "Kamp Nou"nun yenidən qurulması səbəbindən başqa stadionda baş tutmuşdu.