Fransalı hücumçu Antuan Qrizmann İspaniya Superkubokunun yarımfinalında “Real”a vurduğu qol sayəsində “Atletiko” tarixinin bombardiri olub – 174 qol.
Lent.az xarici mediaya istinadən bildirir ki, Qrizmann “Atletiko”nun keçmiş futbolçusu, əfsanəvi ispaniyalı Luis Araqonesi qabaqlayıb.
Bu mövsüm Qrizmann "Atletiko"nun heyətində 27 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.
Onun müqaviləsi 2026-cı ilin iyununa qədərdir.
“Transfermarkt” 32 yaşlı futbolçunun transfer dəyərini 25 milyon avro qiymətləndirir.