Keçmiş həyat yoldaşı Barselonadakı evdə yaşayacaq.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 30 illik evliliyindən sonra həyat yoldaşı Kristina Serradan ayrılıb.
Lent.az xarici mətbuata istinadən bildirir ki, ispan mütəxəssis Barselonadakı 8,5 milyon funt sterlinqlik dəbdəbəli evini tərk etmək məcburiyyətində qalacaq.
Məşqçinin keçmiş həyat yoldaşı indi bu evdə yaşayacaq.
Ev əvvəllər “Barselona”nın keçmiş futbolçusu Rafael Markesin olub, lakin Qvardiola evi 2021-ci ildə alıb.