Deyan Kuluşevski
08 dekabr 2021 09:11 (UTC +04:00)

Deyan Kuluşevski

“Arsenal”dan 30 milyonluq təklif

“Arsenal” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bu məqsədlə Deyan Kuluşevskini almaq niyyətindədir.

Londonlular İtaliya “Yuventus”unun 21 yaşlı oyunçusu üçün xərcə düşməyə də razıdır. “Arsenal” isveçli üçün 30 milyon avro ödəmək fikrindədir. Bu rəqəm bonuslar hesabına daha 5 milyon arta da bilər.

“Yuventus” Kuluşevski üçün 40 milyon tələb edir. Turinlilərin yarımmüdafiəçisi “Tottenhem”in də maraq dairəsindədir.

Qeyd edək ki, Deyan cari mövsümün 17 oyununda 1 qol və 1 assistə imza atıb.

# 1410
avatar

Oxşar yazılar