“Arsenal” Liverpulda  uduzdu
04 fevral 2023 18:47 (UTC +04:00)

“Arsenal” Liverpulda uduzdu

İngiltərə çempionatının 22-ci turunda Liverpulda lider "Arsenal" səfərdə "Everton"a minimal hesabla uduzub.

Lent.az xəbər verir ki, yeganə qolu 60-cı dəqiqədə ingilis müdafiəçi Ceyms Tarkovski vurub.

"Arsenal" 50 xalla turnir cədvəlinə başçılıq edir və ikinci yerdə qərarlaşan "Mançester Siti"ni 5 xal qabaqlayır. "Everton" 18 xalla 17-ci yerdədir.

# 1560
avatar

Oxşar yazılar