“Real”a başçılıq edən italiyalı mütəxəssis Karlo Ançelotti “Kral klubu” ilə müqavilənin mümkün uzadılması ilə bağlı sualı cavablandırıb.
“Müqaviləmi uzatmaq istərdimmi? Mən “Real”da çox xoşbəxtəm, bunu hamı bilir. Amma indi bunun vaxtı deyil”, - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Ançelotti deyib.
Xatırladaq ki, italiyalı mütəxəssis 2021-ci ildə Madrid klubuna qayıdıb. Bu müddətdə "Real" La Liqa, İspaniya Kuboku və Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.
İtalyan mütəxəssisin hazırkı müqaviləsi 2024-cü ilin ortalarında başa çatır.