Almaniyalı mütəxəssis Yulian Naqelsmann rəsmən Almaniya millisinin baş məşqçisi olub,
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının mətbuat xidməti xəbər verir.
36 yaşlı mütəxəssislə 2024-cü il iyulun 31-dək müqavilə imzalanıb. "Bavariya"nın keçmiş hücumçusu Sandro Vaqner və məşqçi Benjamin Qlyuk millinin baş məşqçisi kimi Yulianın köməkçiləri olub.
Sentyabrın 10-da Almaniya Futbol Federasiyası (DFB) milli komandanın baş məşqçisi Hans-Diter Flikin istefaya göndərildiyini açıqlayıb. Onun köməkçiləri Markus Zorq və Danni Ryöl də işdən çıxarılıb.
Xatırladaq ki, Naqelsmann bu ilin martında “Bavariya”dan ayrılıb. Münhen komandasının baş idarəsi vəzifəsində onu Tomas Tuxel əvəzləyib.