Almaniya millisi 20 ildən sonra uduzdu
01 aprel 2021 09:50 (UTC +04:00)

Almaniya millisi 20 ildən sonra uduzdu

Almaniya millisinin uğurlu seriyaları qırılıb.

Apasport.az saytının məlumatına görə, Bundestim dünya çempionatlarının seçmə mərhələlərində 20 ildən sonra uduzub.

Yoahim Lövün yetirmələri DÇ-2022-nin seçmə görüşündə Şimali Makedoniyaya məğlub olub – 1:2. Almaniya sonuncu dəfə 2001-ci ildə İngiltərəyə 1:5 hesabı ilə uduzub. Ümumiyyətlə, DÇ-lərin seçmə mərhələlərində cəmi 3 dəfə uduzan Bundestim ilk dəfə 1985-ci ildə Portuqaliyaya yenilib – 0:1.

Bununla da 35 oyunluq məğlubiyyətsiz seriya başa çatıb. Bunlardan 30-da qələbə, 5-də heç-heçə qeydə alınıb.  Makedoniyalılarla qarşılaşmada həm də 18 matçlıq qələbə seriyası qırılıb.

# 1761
avatar

Oxşar yazılar