Azərbaycan milli komandalarına son 10 ildə xərclənən vəsaitin məbləği bəlli olub.
Apasport.az saytının AFFA-nın hesabatlarına əsasən araşdırmalarına görə, son 10 ildə yığmalara 88 milyondan artıq vəsait xərclənib.
2012-21-ci illərdə kişi və qadınlardan ibarət əsas, gənclər, digər aşağı yaş qrupları üzrə millilərə 88 milyon 336 min 658 manat xərc çəkilib.
Bu 10 il ərzində ən yüksək rəqəm məhz ötən il qeydə alınıb. 2021-ci ildə millilərə 12 milyondan artıq xərclənib. Bunun qarşılığında əldə olunan nəticələrdən danışmaq mümkün deyil. Çünki heç bir nəticə yoxdur. Ən aşağı rəqəm 2012-ci ilə təsadüf edib. Bu rəqəm onilliyin əvvəlindən sonuna qədər dəfələrlə artıb-azalsa, yekunda əvvəlkindən 2,18 dəfə çox olub.
Son 10 ildə Azərbaycan yığmalarına xərclənən vəsait
2012 - 5 573 771
2013 - 9 085 143
2014 - 9 606 288
2015 - 7 326 217
2016 - 8 263 473
2017 - 10 154 918
2018 - 9 890 762
2019 - 11 939 316
2020 - 9 905 833
2021 - 12 164 708
Son 10 ildə - 88 336 658