“Sabah”ın baş məşqçisi Murad Musayevin cəzası bəlli olub.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssislə bağlı AFFA-nın İntizam Komitəsi qərar verib.
1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyunundakı intizamsızlıq cəzasız qalmayıb.
“Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 61.1);