AFFA “Qarabağ”ın müraciətini geri çevirdi: “Dedilər ki, oynayacaq”
02 aprel 2022 19:12 (UTC +04:00)

AFFA “Qarabağ”ın müraciətini geri çevirdi: “Dedilər ki, oynayacaq”

“Milli komandaya çağırılan bəzi oyunçularla bağlı narahatlığım var idi. Xüsusən də, Bədavi Hüseynov və Rüstəm Əhmədzadənin yığmaya getməsini istəməzdim”.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin Malta və Latviya ilə oyunlarına çağırılan futbolçuları barədə danışarkən deyib.

Qurbanov uzun zədədən qayıtdıqdan dərhal sonra yığmaya dəvət alan və yenidən zədələnən Hüseynovun getməsini istəmədiyini etiraf edib: “Belə hallar bizdə çox olub. Əvvəllər də bu barədə fikirlərimi bildirmişəm ki, bəzi oyunçular getməsə daha yaxşı olar. Bəzən anlaşmışıq, bəzən anlaşmamışıq”.

Çalışdırıcı hücumçu Rüstəm Əhmədzadənin yığmaya çağırılmaması üçün AFFA-ya müraciət etdiklərini də sözlərinə əlavə edib:

“Rüstəmlə bağlı klub tərəfindən müraciət eləmişdik. Demişdik ki, bizimlə qalsa bəlkə daha yaxşı olar. Çünki formasından uzaq idi. Müəyyən səbəblərdən onda xeyli geriləmə olmuşdu. Burada qalsaydı, daha yaxşı olardı. Ancaq dedilər ki, oynayacaq. Yenə də razılıq əsasında oldu. Ancaq ora milli komandadır, çox üzərlərinə gedə bilmərik. Sadəcə, oyunçuya qarşı hansısa məqamda diqqətli olmaq baxımından fikrimizi bildirə bilərik. İstənilən halda doğru tərəf milli komandadır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar