İngiltərənin Çempionşip komandalarından olan "Hall Siti"nin sahibi Acun Ilıcalı gündəmlə bağlı açıqlamalar verib.
"Hall Siti"nin hədəfinin Premyer Liqa olduğunu bildirən Ilıcalı pley-off ehtimalından danışarkən, Trendyol Super Liqada çempionluq yarışını və gələcəkdə "Fənərbaxça"nın başqanlığının mümkünlüyünü dəyərləndirib.
"Başqanlıq haqqında soruşdular. Hazırda prezidentimiz son dərəcə uğurludur. Gələcəkdə bunu Allah bilir. Yox, bunu deməzdim, heç bir "Fənərbaxça" tərəfdarı "Fənərbaxça"nın prezidenti olmaq istəmədiyini deyə bilməz. Əgər belə bir şey olarsa, təbii ki, bu məni qürurlandıracaq. Bunu bir iltifat olaraq qəbul etdiyimi dedim. Ali Koç yaxın dostumdur. Prezident olandan bəri onu dəstəkləyirəm. Uğurlu olanda da, olmayanda da dəstəkləmişəm. Bütün bu səylərin sonunda onun çempion olmasını görmək istəyirəm”, - Ilıcalı vurğulayıb.